Oct 30 2019 14:19
Views: 118

Qarabağa qanunsuz səfər edən fransız müəllim və professorlar müvafiq şəkildə cəzalandırılmalıdır. Millət vəkili Hikmət Babaoğlu hesab edir ki, Azərbaycanın icazəsi olmadan, Azərbaycanın vizası olmadan Dağlıq Qarabağa səfər edən hər bir şəxs ölkənin sərhəd qanunlarını pozur və hüquqlarını tapdamış olur. Ona görə də Fransa dövləti Lill Universitetinin bir qrup əməkdaşının qanunsuz səfəri ilə bağlı ölçü götürməlidir.

Politoloqlar hesab edirlər ki, Lill Unversitetinin professorlarının Dağlıq Qarabağa qanunsuz səfəri həm də Azərbacyanın ərazi bütövlüyünü rəsmən tanıyan Fransanın rəsmi mövqeyinə hörmətsizlikdir. Digər tərəfdən, bu qanunsuz səfər Lill Universitetinin nüfuzuna ciddi şəkildə xələl gətirir. Çünki ali məktəbin təmsilçiləri hansı ərazilərə getdiklərindən xəbərdar idilər. Buradakı separatçı rejim terrorçuluğu dəstəkləyən bir qüvvədir və bunu hamı bilir.

Millət vəkili Fazil Mustafa hesab edir ki, Dağlıq Qarabağa qanunsuz səfər edən nər bir kəs kimi fransız professorların da adı qara siyahıya salınmalıdır.

Xatırladaq ki, bu günlərdə "Dağlıq Qarabağdakı qondarma rejimin yaratdığı “Azad Vətən” adlı “partiya”nın təşkilatçılığı ilə Fransanın Lill Universitetinin bir qrup müəllim və professor heyəti Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər ediblər. Ermənistan mediasının verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibində müxtəlif sahələr üzrə elm adamları yer alıb.


Create Account



Log In Your Account