Mar 11 2019 13:53
Views: 802

Prezidentin tapşırığı ilə bu ilin əvvəlindən tətbiqinə başlanan avtomatlaşdırılmış pensiya təyinatı sisteminin əhatə dairəsi genişlənir. İndiyədək yaşa görə təqaüd alan 5 mindən çox vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı həyata keçirilib. Artıq əlilliyə görə pensiya təyinatı da elektronlaşdırılır.

Əlilliyə görə pensiya təyinatı barədə vətəndaşa SMS, e-mail və ya rəsmi məktubla məlumat veriləcək. Nəticədə əlilliyə görə pensiya alan şəxsin rahatlığı təmin ediləcək.

İndi Azərbaycanda 1 milyon 300 min nəfər pensiya alır. Onlardan 58 faizi yaşa görə, 12 faizi ailə başçısını itirməyə görə, 30 faizi isə əlilliyə görə pensiya alanlardır.


Create Account



Log In Your Account