May 14 2019 19:03
Views: 399

Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı yeni meyarlar hazırlanır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib. Qeyd edib ki, əsas məqsəd bu meyarların beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır. Nazir bununla bağlı qanun layihəsinin Milli Məclisə təqdim olunacağını bildirib.  Azərbaycanın Beynəlxalq Sosial Təminat Assosiası ilə 15 ildir əməkdaşlıq etdiyini deyən nazir ölkəmizin bu beynəlxalq tədbirə ev sahibliyi etməsinin böyük fəxr olduğunu bildirib. Qeyd edib ki, bu Azərbaycanda sosial təminat sahəsində aparılan islahatlara verilən qiymətdir, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artdığının göstəricisidir.

Baş nazirinin müavini Əli Əhmədov çıxışında Azərbaycanın  beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındığını,  Avropa qurumları ilə əməkdaşlığının daim inkişaf etdiyini bildirib.  Azərbaycan  aparılan islahatların sosial təminat sahəsində də uğurlu nəticələr verdiyini vurğulayan baş nazir müavininin sözlərinə görə, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.  Bildirib ki, 2020-ci ildə bütün Azərbaycan əraizində tətbiq olunacaq  icbari tibbi sığorta ilk növbədə vətəndaşların keyfiyyətli tibbi xidmət almasına xidmət edəcək ki, bu da  vətəndaş məmnunluğunun təmin olunmasına hesablanıb.

BSTA-nın Prezidenti Yoakim Bröyer bu gün Avropa ölkələrinin sosial təminat sistemlərində idarəçilik mexanizmlərinin əsas çağırışlara uyğun təkmilləşdirilərək mükəmməl şəkildə qurulması, problemlərin həll olunması üçün aparılan islahatlarda qarşılıqlı əməkdaşlıq mühitinin, qabaqcıl təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Yoakim Broyer Azərbaycanda əldə olunan sosial-iqtisadi nailiyyətləri, sosial sahədə innovativ yenilikləri maraqla izlədiklərini bildirib. Ümumilikdə 3 gün davam edəcək forumun ilk günü sosial sığorta və sosial təminat sisteminin gələcəyi ilə bağlı çağırışlar, eləcə də Azərbaycanda sosial təminat sistemi ilə bağlı təqdimatlar keçirilib. Forumda  35 ölkədən¸55 sosial təminat agentliklərnin rəhbərliyi, 18 beynəlxalq təşkilat da daxil olmaqla ümumilikdə 140-dan artıq xarici nümayəndə iştirak edir.    


Create Account



Log In Your Account