Apr 03 2019 18:12
Views: 231

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərmarka" MMC aprel döyüşlərinin 3-cü ildönümünə həsr edilmiş poçt markalarını buraxıb. Markalar "Aprel döyüşləri - 2016. Lələtəpə" adı altında hazırlanıb. Markanın üzərində Aprel döyüşlərinin ən əhəmiyyətli uğuru sayılan Lələtəpə yüksəkliyi, təpənin üzərində Azərbaycan bayrağı təsvir olunub. Bakı Kitab mərkəzində keçirilən tədbirdə 100 ədəd birinci gün zərfi xüsusi hazırlanmış xatirə ştempeli ilə möhürlənərək satışa çıxarılıb. Səkkiz markadan ibarət kiçik vərəq şəklində hazırlanmış markaların rəssamı Nəriman Məmmədzadədir. 40×28 millimetr ölçülü Markalar Belarusda 24 min tirajla çap olunub.


Create Account



Log In Your Account