May 09 2019 17:57
Views: 425

Bu gün Faşizm üzərində qələbə günü münasibətilə Bakıda Hərbi Şərəf Memorialı qarşısına yürüş keçirilib. MDB ölkələrində ənənə halını alan “Ölməz alay” yürüşündə müharibə veteranları, müxtəlif ölkələrdən olan müharibə iştirakçılarının yaxın qohumları, MDB ölkələrinin diplomatik missiyalarının rəhbərləri və hərbi attaşeləri iştirak ediblər.

Yürüş iştirakçıları müharibədə həlak olan qohumlarının şəkillərini nümayiş etdirib, ehtiramlarını yad ediblər. aksiya “Qardaşlıq məzari” önündə yekunlaşıb. Yürüş iştirakçıları abidənin önünə gül dəstələri qoyublar.


Create Account



Log In Your Account