Feb 07 2019 18:24
Views: 565

Bu il “İşsizin dostu” layihəsi çərçivəsində 30 min vətəndaşın işlə təmin olunması nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dost İş Mərkəzinin direktoru Niyazi Rəhimov CBC-yə müsahibəsində bu barədə məlumat verib.  Qeyd edib ki, mərkəzin əsas vəzifəsi haqqı ödənilən işlərə cəlb olunan vətəndaşlarla əmək müqavilələrinin imzalanması, onların əmək haqlarının ödənilməsidir.

Haqqı ödənilən ictimai işlər müvəqqəti məşğulluq kimi tanınsa da, tətbiq olunan layihə çərçivəsində imzalanan əmək müqavilələrinin 1 ildən sonra yenidən uzadılmasına imkan yaradılır. Bunun üçün vətəndaşın işləmək arzusunu ifadə etməsi kifayətdir. İşlə təmin olunan vətəndaşın bütün əmək hüquqları təmin olunur.

Niyazi Rəhimov bildirib ki, indiyədək 23 mindən artıq vətəndaş ictimai işlərə cəlb olunub, ümumilikdə isə büdcədən layihənin reallaşdırılması üçün 80 milyon manat ayrılıb. İctimai işlərə ərazilərin ekoloji sağlamlaşdırılması,  ümumi ictimai yerlərin, parkların abadlaşdırılması və bu kimi sosail faydalı işlər daxildir. Bir işçi üçün əmək haqqı da daxil olmaqla ümumilikdə sərf olunan vəsait 203 manatdır.


Create Account



Log In Your Account