May 15 2019 18:31
Views: 267

Cənub mirvarisi Lənkəranda kənd təsərrüfatının inkişafı üçün hər cür şərait var. Burada müxtəlif növ meyvə tərəvəzlər yetişdirilir, fərli qida məhsulları əldə olunur. Məsələn, Lənkəranda yetişdirilən hallabon növ naringi MDB məkanında yalnız bu rayonda əldə olunur. Buradakı sitrus bağlarından yaxın aylarda üçüncü məhsul yığımı gözlənilir

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Business layihəsinin əsas məqsədi Lənkəranda kənd təsərrüfatı sektorunun investisiya imkanlarını araşdırmaq, eləcə də bu regionda kənd təsərrüfatının inkişaf istiqamətləri haqqında məlumat əldə etməkdir. 

Avropa İttifaqının nümayəndələri və iş adamları Lənkəranda kənd təsərrüfatının inkişafına təkan verən, fermerlərin işini asanlaşdıran qurumlardan biri – Dövlət Aqrar İnkişaf Mərkəzi ilə tanış oluqlar. Burada vətəndaşlar elektron növbələlik prinsipi aidiyyatı üzrə xidmət öəncərlərinə yönəlndirilir. Avropalı nümayəndə heyəti ilə görüşdə mərkəzin işi, burada göstərilən xidmətlər haqqında ətraflı məlumat verildi, elektron kənd təsərrüfatı layihəsinin təfərrüatları açıqlandı.

Qeyd olundu ki, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində regional aqrokimya laboratoriyası, bitki mühafizə idarəsi, Texniki nəzarət xidməti, toxum sertifikatlaşdırmaq mərkəzi, baytarlıq idarəsi fəaliyyət göstərir. Avropa İttifaqı və Alman-Azərbaycan Xarici Ticarət Palatasının icra etdiyi Biznes missiyası çərçivəsində qonaqlar Lənkəranda tomat, ketçup, kompot və digər qida məhsulları istehsal edən zavodun fəlaiyyəti ilə tanış olublar, burada hazırlanan təbii məhsulların dadına baxıblar. Qonaqlar həm Lənkəranda, həm də Astaradakı çay fabrikini ziyarət ediblər. Burada çayın yetişdirilməsi, yarpaqların yeni texnologiya ilə quruulması, qablaşdırılması haqqında qonaqlara ətraflı məlumat verilib. Avropa nümayəndələr çay fabrikində istehsal prosesini öz gözləri ilə izləyiblər. Onlar yüksək sort çayların hazırlanması, burada əldə olunan çayın özəllikləri barədə məlumat verilib. Avropa İttifaqının nümayəndələri hesab edir ki, cənub bölgəsinin yalnız qida məhsullarını yox, həm də təbiətini, heyvanlar aləmini təbliğ etmək vacibdir. Belə ki cənub regopnu Aqroturizm baxımından da önəmlidir. Bölgədə çox maraqlı flora və fauna nümayəndələri var ki, onları tanıtmaq turizm baxımından faydalı olardı.      


Create Account



Log In Your Account