Sep 23 2019 17:18
Views: 270

Ermənistanın baş naziri Nikol Paşinyanın Los Ancelesə səfəri zamanı burda yaşayan Azərbaycan icmasının üzvləri və Los Ancelesdəki baş konsulluğumuz erməni yalanlarını ifşa edən aksiyalar təşkil ediblər. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los Anceles səmalarına ingilis dilində böyük hərflərlə “Qarabağ Azərbaycanındır! İşğala Son Qoy!” şüarını daşıyan təyyarələr qaldırılıb.

Bütün günü Los Anceles üzərində dövrə vuran şüarı yerli əhali böyük maraqla qarşılayıb. Bundan əlavə, üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində Los Ancelesin ən müxtəlif guşələrini dolaşaraq, şəhər sakinlərini Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırıb.

Bu barədə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev CBC-yə müsahibəsində məlumat verib.


Create Account



Log In Your Account