Jul 23 2019 18:51
Views: 237

Los Ancelesdə yerləşən Walt Disney Concert Hall  konsert mərkəzində görkəmli azərbyacanlı bəstəkar, azərbaycanın xalq artisti  Firəngiz Əlizadənin  “Harmoniya” adlı yeni əsərinin premyerası baş tutub. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyilə keçirilən konsertdə əsəri məşhur dirijor Eduard Şmiderin rəhbərliyi altında tanınmış “iPalpiti” Kamera Orkestri ifa edib. Firəngiz Əlizadə Əlizadə də konsertə qatılaraq əsərin piano partiyasını ifa edib.

Konsertdə dinləyici qismində 2000 dən çox musiqisevər iştrak edib. onların arasında ad-sanlı musiqiçi və incəsənət nümayəndələri, jurnalistlər və ictimai xadimlər olub. iPalpiti kamera orkestrı 22 ölkədən olan musiqiçilərdən ibarətdir. Kollektivin bütün üzvləri müxtəlif beynəlxalq mükafatlara layiq görülmüş məşhur musiqiçilərdir. onların sırasına əslən Azərbaycanlı və dünyada şöhrət qazanmış skripkaçı Azər Dəmirov da daxilir. Premyera ərəfəsində ABŞ-ın bir sıra kütləvi informasiya vasitələrində, o cümlədən "Los Angeles Times" da Frəngiz Əlizadənin əsərinin premyerası haqqında məqalələr dərc olunub .

Qonaqlara Azərbaycanın mədəniyyəti, musiqi irsi, multukulturalizm və tolerantlıq ənənləri haqda məlumat olan broşurlar paylanılıb. Ölkəmizin müsəlman aləmində ilk opera və operatttanın vətəni olduğu vuğulanıb. Kaliforniyaya səfəri müddətində Firəngiz Əlizadə Beverli Hills şəhər meriyasının binasında gənc amerikalı bəstəkarlara master-klass verib.


Create Account



Log In Your Account