Jun 03 2019 16:10
Views: 712

ABŞ-ın Los Anceles şəhərində Azərbaycan və Türkiyə Baş Konsulluqlarının birgə təşkilatçılığı multikulturalizmə və tolerantlığa həsr olunmuş geniş iftar mərasimi keçirilib. 170-ə yaxın qonağın qatıldığı tədbirdə ABŞ Dövlət Departamentinin rəsmiləri, müxtəlif ölkələrin diplomatları, müsəlman, xristian, yəhudi və digər dini icmaların rəhbərləri, həmçinin Azərbaycan, türk, yəhudi, Pakistan, İran və digər icmaların təmsilçiləri iştirak ediblər. Azərbaycanın Los Ancelesdəki baş konsulu və Los Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev müasir dövrdə dünyada geniş yayılmış ksenofobiya və irqçiliyə qarşı səmərəli mübarizə aparmaq, qarşılıqlı anlaşma və harmoniyaya nail olmaq üçün müxtəlif dini və etnik icmalar arasında sıx əlaqələrin, dialoq və əməkdaşlığın vacibliyini vurğulayıb. bu səpkidə Azərbaycanın uğurlu modelini nümunə gətirərək, tolerantlığın ölkəmizdə çox möhkəm təməl sütunları, zəngin ənənələrinin mövcud olduğunu qeyd edib.

Türkiyənin Los Ancelesdəki baş konsulu Can Oğuz Türkiyədə iftar ənənələrindən bəhs edərək, bu müqəddəs ayın eyni zamanda bir-birimizi daha yaxşı anlamağa sövq etdiyini deyib. Baş konsul həmçinin dünyada insanların birliyinə, harmoniya və sülh şəraitində birgəyaşayışına təhlükə törədən şər qüvvələrə qarşı birgə mübarizənin vacibliyini qeyd edib. Azərbaycan-Türkiyə münasibətlərindən danışan konsul iki ölkəni qardaşlıq dəyərlərinin birləşdirdiyini deyib.


Create Account



Log In Your Account