May 08 2018 18:50
Views: 531

Los Ancelesdə milli Lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib Aksiyada Los Ancelesdə yaşayan kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün gün ərzində süfrə açılaraq, 500-dən çox insana isti yeməklər paylanılıb. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə keçirilən tədbir ABŞ-ın ən böyük xeyriyyə təşkilatlarından olan “Los Anceles Missiyası”nda təşkil olunub. Aksiya zamanı Azərbaycanın Los Ancelesdəki baş konsulluğun əməkdaşları da Los Anceles Missiyasının könüllülərinə qoşularaq, kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər. Qeyd edək ki, Los Anceles ABŞ-da ən çox evsiz-eşiksiz insanların yaşadığı ikinci ən böyük şəhərdir. Hesablamalara görə, bu şəhərdə 60 minədək evsiz-eşiksiz insan var ki, bu da Los Anceles üçün ciddi problemlər yaradır.


Create Account



Log In Your Account