Dec 03 2019 16:27
Views: 182

1996-cı il dekabrın 3-də ATƏT-in Lissabon sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə bəyanat qəbul olunub. 23 il öncə imzalanan sənəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas prinsipləri özündə əks etdirib. Ekspertlər hesab edirlər ki, bu bəyannamə münaqişəsinin nizamlanması istiqamətində böyük siyasi nailiyyətdir. Sammitin yekun sənədində münaqişənin nizamlanmasının üç prinsipini əks etdirən bənd yer alıb: Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, eləcə də, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyi təmin olunur. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyi dəyişməzdir. Münaqişə yalnız Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.


Create Account



Log In Your Account