May 08 2018 17:40
Views: 808

Azərbaycanın xalq rəssamı Ömər Eldarov görkəmli elm xadimi, dünya şöhrətli alim Lütfi Zadənin abidəsini hazırlayır. Heykəltəraş artıq əsər üzərində işə başlayıb. Dünya elmində inqilabi yeniliklərə imza atmış dahi alimin vəfatının  bir ili sentyabrın 6-da tamam olacaq. Lütfi Zadənin həyatı və elmi fəaliyyəti Azərbaycandan kənarda keçsə də, özünün vəsiyyətinə görə, son mənzili doğma vətənindədir. Heykəltəraş Ömər Eldarovun sözlərinə görə, Lütfi Zadənin elmi nailiyyətlərindən ilhamlanaraq bunu incəsənət dili ilə ifadə etməyə qərar verib.
Ömər Eldarov bildirir ki, abidə alimin Fəxri Xiyabandakı məzarının üzərində yerləşdiriləcək. Əsər realizm məktəbinin ən yaxşı ənənələri əsasında hazırlanacaq. Heykəltəraş bildirir ki, Lütfi Zadənin elmi nailiyyətləri alimin açdığı qapılar formasında ifadə olunacaq.
Abidə alimin vəfatının ildönümündə hazır olacaq. Heykəlin hazırlanmasında iki materialdan istifadə ediləcək.  
Görkməli alim Alim Lütfi Zadənin elmi kəşfləri, onun qeyri-səlis məntiq nəzəriyyəsi yalnız ali riyaziyyat və riyazi məntiqdə deyil, iqtisadiyyatda, psixologiyada, sosial, fəlsəfi və digər sahələrdə öz əksini tapıb. Onun kəfləri məntiqdə dönüş yaradıb. Ona qədər mövcud olmuş, Aristoteldən başlayan qədim məntiq prinsiplərini alt-üst edib.Obrazlı desək, Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ağ-qara məntiq dünyasına əlvan rənglər gətirib.


Create Account



Log In Your Account