Nov 07 2019 18:53
Views: 85

Azərbaycan və Litva parlamentləri arasında vaxtilə mövcud olan münasibətlərin bərpa olunmasına və yüksək səviyyəyə qaldırılmasına ehtiyac var. Bunu Milli Məclisin sədri Oqtay Əsədov Litva Seyminin sədri Viktoras Prantskietisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib. Spiker deyib ki, gələn il Litva ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qyd ediləcək. bu dövr ərzində dövlətlər aradında 37 qarşılıqlı saziş imzalanıb. Lakin mövcud münasibətlər ölkələr arasında potensialı əks etdirmir. Oqtay Əsədov həmçinin Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Litvanın dəstəyinin önəmli olduğunu deyib. Viktoras Prantskietis isə qeyd edib ki, Avropa İttifaqının bir üzvü kimi Litva Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ölkəsinin mövqeyin dövlətlərarası sazişdə də əks olunub.
Qonaq bildirib ki, Litva seymində Milli Məclislə dostluq qrupu işini bərpa edib və qrupun 64 üzvü var. Bu qrup üzvlərinin hər biri Milli Məclislə əlaqələrin güclənməsi üçün səylərini səfərbər edəcək. Litva parlamentinin spikeri bildirib ki, Şərq Tərəfdaşlığı proqramının 10 illiyində Azərbaycanla münasibətlər daha fərqli müstəvidə nəzərdən keçirilməlidir.
Litva Seyminin nümayəndə heyəti səfər çərçivəsində Şəhidlər Xiyabanını da ziyarət edib. Deputatlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib. Litva Seyminin Sədri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.  

 


Create Account



Log In Your Account