Aug 13 2020 18:13
Views: 185

Ermənistan Livandakı durumdan istifadə edərək oradakı güclü partlayışda xəsarət almış erməniləri Azərbaycanın işğal etdiyi ərazilərinə köçürməyə başlayıb. Həmin yerlərdə yaşayan ermənilərin bir qismi bu günlərdə 2 təyyarə ilə Yerevana gətirilib. Analitiklər Livan ermənilərinin yalançı şirin vədlərlə Dağlıq Qarabağ və ona bitişik rayonlara köçürülməsi ideyasının iflasa uğrayacağından əmindirlər. Ekspertlər deyirlər ki, Dağlıq Qarabağa erməni əhalinin köçürülməsi tamamilə qanunsuzdur. BMT-nin müvaqif konvensiyaları işğal altında olan ərazilərdə istənilən məskunlaşma fəaliyyətini qadağan edir. Ermənistan isə 300-500 min nəfərin bu ərazilərə köçürməyi planlaşdırıqlarını bəyan edib. Bunların hamısı ATƏT-in Minsk qrupunun gözləri önündə baş verir.


Create Account



Log In Your Account