Sep 04 2017 18:24
Views: 619

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu Səfəvilər dövlətinin tarixinə dair maraqlı fakt akşarlayıb. Bu fakt 17-ci əsrdə Səfəvilər sarayında yaşamış Azərbaycanın görkəmli dövlət xadimi, tarixçi-alim, şair Mirzə Məhəmməd Tahir Vəhid Qəzvininin məşhur əsərində də əksini tapıb. 92 il ömür sürən Vəhid Qəzvini Şah Süleymanın dövründə dövlətin baş vəziri vəzifəsini icra edib.

17-ci əsrin əvvəllərində Səfəvi və Osmanlı dövlətləri arasında zaman-zaman müharibələr baş verib. Nəhayət, 1639-cu ildə Qəsri Şirində sülh müqaviləsi imzalanıb və hər iki dövlət bu sazişin şərtinə uzun illər riayət edib.

Paşa Kərimovun fikrincə, bu qiymətli sənəd “Qəsri Şirin” müqaviləsi haqqında təsəvvürləri daha da genişləndirəcək. Yaxın vaxtlarda onun çap edilməsi nəzərdə tutulur.


Create Account



Log In Your Account