Nov 05 2019 19:16
Views: 128

Macarıstanın MOL şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar bloku və Azərbaycan neftinin əsas ixrac kəməri - Bakı-Tbilisi-Ceyhan boru kəmərində pay almaq üçün saziş imzalayıb. Bu barədə MOL şirkəti məlumat yayıb.“MOL Group” ABŞ-ın “Chevron” şirkətinin AÇG-dəki 9,57% və BTC-dəki 8,9%-lik payını almaq üçün razılaşıb. Bu razılaşmanın dəyəri  1,57 mlrd dollar  təşkil edir. Satınalma prosesinin 2020-ci ilin II rübünə tamamlanması gözlənilir. Sövdələşmənin başa çatması ilə MOL AÇG-nin üçüncü ən böyük tərəfdaşı olacaq. SOCAR layihəyə yeni tərəfdaşın qoşulmasını müsbət qarşılayıb. SOCAR-ın ictimiayyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, MOL kifayət qədər nüfuzlu şirkətdir və Azərbaycanla əməkdaşlıqdan gözləntilər böyükdür.
Azəri-Çıraq-Günəşli yataqları üzrə operator olan BP şirkəti də bu dəyişikliyin layihədə işlər hər hansı mənfi təsir etməyəcəyi qənaətindədir. BP tərəfdaşları ilə birgə nəzərdə tutulan bütün planları həyata keçirməkdə davam edəcək.
Xatırladaq ki,  Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.  2017-ci il sentyabrın 14-də saziş 2049-cu ilin sonuna qədər uzadılıb. Bu ilin 9 ayında “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan gündə orta hesabla 541 min barel və ya ümumilikdə təqribən 148 milyon barel, yəni 20 milyon ton neft hasil edilib.


Create Account



Log In Your Account