May 31 2019 17:07
Views: 1055

Bakıda iqtisadiyyat və idarəetmə ixtisasları üzrə magistrlərin 1-ci beynəlxalq elmi konfransı öz işinə başlayıb. Təhsil naziri Ceyhun Bayramov bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərinə uyğun olaraq son 6 ildə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayında 20,8 faiz artım müşahidə edilib, 2018-ci ildə 41 mindən çox şəxs tələbə adını qazanıb. Azərbaycan vətəndaşlarının ali təhsilə çıxış imkanlarının genişləndirilməsi dövlət siyasətində prioritet istiqamətlərdən biridir. Ali məktəblərdə 2019-2020-ci tədris ili üçün dövlət sifarişli yerlərin sayı 66 faiz təşkil edir. Hazırda magistratura səviyyəsində qəbul dinamikası müşahidə olunur. Təhsil naziri dərsliklər barədə də danışıb. Nazir ehtiyyat dərsliklərin yaradılması prosesinə başlanıldığını qeyd edib.


Create Account



Log In Your Account