Feb 08 2019 15:41
Views: 531

Fransa prezidentinin aprelin 24-nü erməni soyqırımını anma günü elan etməsi Türkiyədə böyük hiddətlə qarşılanıb. Artıq Türkiyə rəsmiləri məsələyə münasibətlərini açıqlayıblar və bu qərarın heç bir hüquqi əsası olmadığını deyiblər. Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım CBC-yə müsahibəsində qərarı şiddətlə qınadığını bildirib:

Fransa prezidentinin qərarı Azərbaycan ictimayyətində də müzakirə olunur. Yerli ekspertlərin fikrincə, qondarma soyqırım haqqında anım gününün elan edilməsi onu göstərir ki, Makron təcrübəli siyasətçi deyil. O, müsəlman aləminə nisbətdə tarazlı siyasət aparmır,  əvəzində varlı erməni diasporunun tərəfini tutub. Erməni diasporası isə Fransanın maliyyə stukturlarından dərin yer tutublar.

Fransa prezidentinin 100 il əvvəlki hadisələrlə bağlı açıqlaması beynəlxalq norma və standartlara tamamilə ziddir. Ekspertlər hesab edir ki, Fransa prezidenti Emmanuel Makron bu fikri ilə elə öz ölkəsində qəbul olunmuş qanunları da pozmuş olur.

Qeyd edək ki, eks-prezident Nikola Sarkozinin dövründə erməni soyqırımını inkar edənlərin cəzalandırılmasına dair qanun qəbul edilmiş, sonradan Konstitusiya məhkəməsi təəfindən ləğv edilmişdi. Ekspertlər inanırlar ki, Makronun anım günü ilə bağlı qərarını da bu aqibət gözləyir.


Create Account



Log In Your Account