Jun 17 2019 15:30
Views: 1180

Hər şeyi atmaq və səyahətə yollanmaq... həmsöhbətim fransalı Maksim Oberinin macəra axtarışı məhz belə başlayıb. Onun sözlərinə görə, əsl səyyahları məhz macəra istəyi gəzməyə ilhamlandırır.

27 yaşlı səyyah Maksim Oberi səyahətini əsasən velosipedlə edir, səyahət etmək istədiyi ölkələrin bəlli bir siyahısı yoxdur.Amma onun səyahətləri məqsədsiz deyil. 

Maksim Oberi bir ildən artıqdır yaxındır yollardadır. Azərbaycana ilk dəfə gəlib. elə ilk dəfədən də ölkəmizə heyran olduğunu deyir.

Səyahət zamanı maksim əsasən çadırda gecələyir. səyyah etiraf edir ki, yalnız bu halda tam olaraq təbiətdən zövq almaq mümkündür. Onun sözlərinə görə, Azərbaycanı daha yaxından kəşf etmək üçün bura bir daha gəlmək istəyir.


Create Account



Log In Your Account