Nov 14 2019 18:51
Views: 107

“Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər”. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən növbəti forum məhz belə adlanır. Forumda mikro, sahibkarlıq subyektlərinin maliyyə bazarlarına çıxışı ilə bağlı aktual məsələlər, maliyyə təşkilatlarının göstərdiyi xidmətlər, mövcud və alternativ maliyyələşdirmə mexanizmləri ilə bağlı müzakirələr aparılıb.
Forumda yeni maliyyələşdirmə mexanizmləri, bu sahədə beynəlxalq təcrübə də müzakirə olunub. KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumda səsləndirilən fikirlərin, rəy və təkliflərin nəzərə alınacağını və aidiyyəti üzrə təqdim olunacağını qeyd edib.
Tədbirdə KOBİA-nın, Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının və digər qurumların nümayəndələri iştirak ediblər. Forum çərçivəsində müxtəlif maliyyə təşkilatlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təqdim etdiyi maliyyə xidmətlərinin sərgisi təşkil olunub.

 


Create Account



Log In Your Account