Nov 01 2019 18:03
Views: 131

Vətəndaşlara kreditlərin real gəlirlərinə uyğun hesablanmasını nəzərdə tutan yeni qaydalar hazırlanıb. Dəyşikliklər istehlak kreditlərinə müəyyən faizlərin tətbiq olunması ilə vətəndaşın izafi borclanmasının qarşısının alınmasını hədəfləyib. Yeni qaydalar bankların özünüriskin tənzimlənməsinə fokuslanıb.

Dəyişikliklər ilk növbədə bank sektorunun kreditləşmə məsələsində biznes sektoruna  dəstəyini    nəzərdə tutur. Biznes kreditlərinin stimullaşdırılmasına xidmət edən yeni qaydalar  “Bank kapitalı və ona adekvatlılığın hesablanması qaydalarına” edilən dəyişikliklərdə nəzərdə tutulur. Bu da ilk növbədə kredit risklərinin əhəmiyyətli dərəcədə azaldılmasını ehtiva edir.

Biznes istiqamətində verilən kreditlərin risk dərəcəsi azaldığına görə bu banklara daha çox kredit vermək imkanı verəcək. Yeni qaydalar noyabrın 29-da qüvvəyə minəcək.


Create Account



Log In Your Account