May 13 2019 17:24
Views: 141

Bu gün “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” işə başlayıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə baş tutan həftə ərzində müxtəlif formatlı tədbirlər, görüşlər, seminarlar AÇIQ qapı günləri və digər maraqlı təşəbbüslər həyata keçiriləcək.

Həftə ərzində Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bankı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyası arasında anlaşma memorandumunun imzalanması nəzərdə tutulur. Bu qurumlar maliyyə və rəqəmsal texnologiyaların inkişafı və tətbiqinin genişləndirilməsi çərçivəsində birgə tədbirlər təşkil edəcəklər.

Bu həftə çərçivəsində çox banklarla Fintechlər üçün açıq qapı günləri təşkil olunacaq. Universitet tələbələrinin Fintechlərlə görüşü təşkil ediləcək, təcrübə mübadiləsi və uğurlu layihələrin təqdimatı keçiriləcək. Bu görüşlərdə rəqəmsallaşmanın bank sisteminə uğurlu tətbiqi təcrübəsi haqqında tələbələrə məlumat veriləcək.

Ekspert bildirir ki, həftə boyunca xarici dövlətlərin nəzarət qurumları, beynəlxalq ekspertlərlə qarşılıqlı görüşlərin keçirilərək birgə əməkdaşlıq istiqamətləri müzakirə ediləcək. Yekun sammitdə isə elektron ödəniş ekosistemində yeni trendlər, innovativ ödəniş texnologiyaları, elektron ödənişlərdə təhlükəsizlik, informasiya texnologiyaları sahəsində təhlükəsilik və digər məsələlər müzakirə ediləcək. həftə mayın 17-də işini yekunlaşdıracaq. 


Create Account



Log In Your Account