May 16 2019 17:36
Views: 278

Azərbaycan manatının məzənnəsinin sabitliyi üçün bu gün ölkədə bütün makroiqtisadi əsaslar qüvvədədir və narahatlıq üçün amil yoxdur. bunu Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankı sədrinin birinci  müavini Alim Quliyev deyib. Bildirib ki, bu gün Azərbaycanın valyuta ehtiyatları və beynəlxalq əmtəə bazarlarındakı vəziyyət imkan verir ki, ölkədə 2017-ci ildən bərqərar olan iqtisadi sabitlik davam etsin. Ölkədə ödəniş sistemlərinin inkişafı ilə bağlı dövlət proqramının icrasına toxunan Mərkəzi Bank rəsmisi bildirib ki, 2018-2020-ci illəri əhatə edən bu proqram uğurla icra olunur. bu istiqamətdə əsas işlərdən biri də maliyyə texnologiyalarının inkişafıdır.

Maliyyə və Texnologiyalar Sammitində müzakirə olunan əsas məsələlər rəqəmsal transformasiya əsasında müasir bank sisteminə keçid, ödəniş ekosistemində son trendlər və innovativ ödəniş həlləri, rəqəmsal mühitdə informasiya təhlükəsizliyi və digər mövzulardır. Sammit çərçivəsində Mərkəzi bank, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Bazalarına Nəzarət Palatası və Banklar Assosiasiyası arasında memorandum imzalanması nəzərdə tutulur.

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bildirib ki, informasiya texnologiyaları sahəsində müşahidə olunan sürətli inkişaf maliyyə sektoruna da öz təsirini göstərir. Bu texnologiyaların maliyyə qurumlarında tətbiqi isə rəqabətin artmasına təkan verir.

İbrahim Alışov bildirib ki, “fintex” və startapların reyestrinin yaradılması, “fintex”in maliyyə əlçatanlığının artırmaq üçün maarifləndirici tədbirlərin təşkili, bank sektorunda kibertəhlükəsizliyin gücləndirilməsi və təmin edilməsi üçün kredit təşkilatları ilə birgə layihələrin icrası nəzərdə tutulur. Qeyd edək ki, 2 günlük sammit mayın 13-dən başlamış və mayın 17-də başa çatacaq “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində baş tutub. sammitə Avropa Banklar Federasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, “VİSA.”, “MasterCard”, “American Express”, (SWIFT) kimi beynəlxalq təşkilatlar da dəstək verir.


Create Account



Log In Your Account