Feb 08 2019 18:11
Views: 595

Əmanətlərin tam sığortalanması müddəti daha bir il uzadılacaq. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat verib. Bildirib ki, artıq “Əmanətlərin tam sığortalanması haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə Milli Məclisdədir. əmanətlərin tam sığortalanması barədə qərar 2016-cı il martın 4-dən qüvvəyə minmişdi və bu il martın 4-də qüvvədə olma müddəti yekunlaşırdı. Buna görə də Prezident İlham Əliyev əmanətlərin tam sığortalanmasını 2020-ci il martın 4-ə qədər uzatmaq barədə qərar verib.


Create Account



Log In Your Account