Jun 18 2018 18:24
Views: 694

Qanunsuz silah saxlamaqda şübhəli bilinərək saxlanılan Ermənistanın müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın vəkili Qrant Ananyan ona hüquqi yardım göstərməkdən imtina edib. Vəkilin sözlərinə görə, baş nazirin çıxışından və Milli Təhlükəsizlik Xidmətinin yaydığı videogörüntülərdən sonra müttəhimin vəkili olmaq istəmir.Xatırladaq ki, daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan Manvel Qriqoryanın saxlanmasının təkcə böyük miqdarda silah-sursat aşkar edilməsi ilə bağlı olmadığnı, müttəhimin 2016-cı ilin aprel ayında Dağlıq Qarabağda vəziyyətin gərginləşdiyi dövrdə toplanan yardımı mənimsəməkdə şübhəli bilindiyini açıqlayıb. Nazir müavininin məktəblilərin əsgərlər üçün topladığı ərzağı mənimsədiyi,  onları özünün bağ evində saxladığı heyvanlara - ayılara və pələnglərə yedizdirdiyi bildirilir. Bu faktlar bir tərəfdən Ermənistanın ordu rəhbərliyinin korrupsiya əməllərini göstərirsə, digər tərəfdən silahlı qüvvələrin maddi təchizatının aşağı səviyyədə olmasını, hətta məktəblilərdən yardım toplandığını sübut edir.
Qeyd edək ki, saxlanan Manvel Qriqoryan Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin, mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib. Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki,
Manvelyan 2014-cü ilin noyabrında "Azadlıq" radiosunun erməni bürosuna verdiyi müsahibəsində Qarabağ döyüşlərindən yüzlərlə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini bəyan edib. Lakin təəssüf ki, Manvel Qriqoryana qarşı başlanılan cinayət işi onun yalnız Ermənistanda törətdiyi iqtisadi cinayətlərlə məhdudlaşır. Cinayət işinin tərkib hissəsi olaraq onun müharibə dövründə törətdiyi hərbi cinayətləri, xüsusilə özünün etiraf etdiyi kimi, əsir və girov götürülmüş yüzlərlə azərbaycanlının taleyi və onlara qarşı törədilmiş əməllər araşdırılmalıdır. Xarici işlər nazirliyi beynəlxalq insan hüquqlarını müdafiəsi təşkilatları, o cümlədən Avropa Şurasının bu məsələdə fəallıq nümayiş etdirəcəyinə ümid etdiyini bildirir.


Create Account



Log In Your Account