Sep 25 2018 18:33
Views: 535

Sərhədləri aşmaq və adət olunan çərçivədən kənara çıxmaq. Bu ilin noyabrında Bakıda keçiriləcək MAP beynəlxalq teatr festivalının məqsədi budur. MAP – ingilis dilində music, art, performans sözlərinin baş hərflərini özündə birləşdirir.   Festivalın məqsədi teatr sənətinin müxtəlif formalarını birləşdirərək tamaşaçılara müasit teatrın incəlikliklərini çatdırmaqdır. Tədbirin təşkilatçısı YARAT müasir incəsənət məkanıdır.  Festival çərçivəsində ilk tamaşalar bir il əvvəl nümayiş olunub, amma bu il tədbirin proqramı daha genişdir.
Festivalda Rusiya, İtaliya, Böyük Britaniya, Estoniya, Yaponiya, Danimarka və İrandan teatr kollektivlərinin çıxışı gözlənilir.
MAP festivalı noyabrın 6-da başlayacaq və 11-nə qədər davam edəcək. tədbir çərçivəsində tamaşalar paytaxtın müxtəlif teatrlarının səhnələrində nümayiş olunacaq.


Create Account



Log In Your Account