Oct 14 2019 17:25
Views: 220

Tamaşaçı zalında işıqlar sönür, səhnədə isə çexov dramaturgiyası canlanır. Onun xoşbəxtlik, sevgi və əslində həyatın mənası nədir sualına cavab axtaran kövrək qəhrəmanları peyda olur. Rus dramının klassikası olan “Vanya dayı”nı Bakıda Avropanın Kiçik Dram Teatrı təqdim edir.  
İnsanda hər şey gözəl olmalıdır: üzü, geyimi, ruhu və düşüncəsi. Artıq deyimə çevrilən bu ifadə ilk dəfə Çexovun “Vanya dayı”sında səslənib.  xalq artisti  Lev Dodinin bu tamaşası 15 ildir Sankt Peterburq teatrının səhnəsində qoyulur və hər dəfə tamaşaçı zalları doldurur.
Tamaşa MAP 3-cü beynəlxalq teatr  festivalə çərçivəsində nümayiş olunur. Teatr truppası üçün bu Bakıya ilk qastrol səfəridir.
Proqram ən geniş tamaşaçı auditoriyası üçün nəzərdə tutulub. Burada müasir dramaturgiya da , klassika da, musiqili və kuklla tamaşaları da var. Festivalı “Ole” ispan yaradıcı kollektivin “Üç dəli gitara” musiqili tamaşası davam etdirəcək.


Create Account



Log In Your Account