Jul 03 2020 17:47
Views: 176

Koronavirus infeksiyasının qarşısının alınması üçün marketlərə istehlakçıların məhdudiyyətli girişi təmin olunmalıdır. Bu məsələ, İqtisadiyyat Nazirliyi və TƏBİB-in nümayəndələrinin iri market şəbəkələrinin rəhbərləri ilə onlayn görüşündə diqqətə çatdırılıb. Bildirilib ki, bu, marketin daxilində insanlar arasında 2 metrlik məsafənin saxlanması üçün zəruridir. Saticıların, istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb. Vurğulanıb ki, pandemiyanın mənfi təsirlərinin uzun müddət davam edəcəyi istisna olunmur. Bu baxımdan istər cəmiyyət, istərsə də sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalı, biznes yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Bu tələblərə riayət edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi aidiyyəti qurumlarla birlikdə monitorinqləri davam etdiriləcək və müəyyən olunmuş tələblərə əməl etməyən ticarət obyektləri barəsində ciddi tədbirlər görüləcək.


Create Account



Log In Your Account