Mar 29 2019 18:13
Views: 254

1918-ci ilin martındə Azərbaycan xalqına, eləcə də burda yaşayan yəhudi əhaliyə qarşı törədilən soyqırımı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “1918-ci ilin mart soyqırımı və yəhudilər” adlı beynəlxalq konfransda müzakirə edilib. Müxtəlif ölkələrdən olan mütəxəssislər ermənilərin yalnız türklərə və Azərbayacanlılara deyil, ümumilikdə çoxmillətli, multikultural cəmiyyətə düşmən kəsildiyini bildiriblər.

Konfransda qeyd edilib ki, tarixdə baş verən soyqırımı cinayətlərinin təkrar olunmasının səbəbi ona vaxtında lazımı qiymət verilməməsi və bu hadisələrdən dərs çıxarılmamasıdır. Ermənilər bu gün də soyqırımı törədənləri, faşistləri qəhrəmanlaşdırmaq siyasəti yürüdür. Bu, yəhudi xalqını ciddi narahat edir.

Erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımının üzərindən 101 il ötür. Tarixi mənbələrə görə, martın 30-dan aprelin 2-nə kimi Stepan Şaumyanın başçılığı ilə törədilən qanlı qırğınlarda Bakı, Şamaxı, Quba, Dağlıq Qarabağ və Azərbaycanın digər bölgələrində on minlərlə azərbaycanlı, yəhudi, ləzgi və digər millətlərin nümayəndələri qətlə yetirilib. Azərbaycan müstəqillik qazandıqdan sonra bu hadisələrlə bağlı ciddi araşdırmalar aparılıb. 1998-ci ildə milli lider Heydər Əliyevin sərəncamı ilə 31 mart hər il azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.


Create Account



Log In Your Account