Dec 26 2018 18:38
Views: 432

Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün bütün mümkün addımların atılmasına tərəfdardır.

Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün bütün mümkün addımların atılmasına tərəfdardır. Bunu Dağlıq Qarabağ münaqişəsinin 2019-cu ildə həll olunması ehtimalları barədə suala cavabında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. 

O bildirib ki, Rusiya bunun üçün çalışacaq: “Biz vaxt məhdudiyyəti qoymuruq. Biz həmişə bu problemin tezliklə həll olunmasına və bu məqsədlə görülən bütün tədbirlərə tərəfdar çıxmışıq. Konkret hansısa müddətdən danışmaq çətindir. Münaqişə uzun müddətdir davam edir. Lakin Rusiya istər həmsədr qismində, istərsə də Azərbaycan və Ermənistanla ortaq tarixi keçmişi olan ölkə kimi bütün zəruri addımları atacaq”.


Create Account



Log In Your Account