Jun 11 2019 19:24
Views: 218

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə yeni su şəbəkələri yaradır. Abşeron rayonunun Masazır qəsəbəsində icrasına başlanılan layihə çərçivəsində qəsəbənin Sarı Aşıq küçəsi və ətraf ərazilərdə yeni su şəbəkələri inşa edilir. Bu ərazilərdə əhalinin primitiv qaydada yaratdığı şəbəkələr olsa da, istismar tələblərinə cavab vermir və tez-tez qəzalar baş verirdi. Xüsusilə, yay aylarında yüksək ərazilərdə yerləşən evləri su ilə təmin etmək üçün suyun təzyiqini artırmaq mümkün olmurdu. Buna görə də əhalinin bir hissəsi içməli suyu maşınlarla almaq məcburiyyətində qalırdı.
Layihə çərçivəsində müxtəlif diametrli borularla 18 km uzunluğunda su şəbəkəsi inşa ediləcək.  Yeni yaradılan şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Ümumilikdə bu layihədən  5 minədək sakin faydalanacaq.
Yeni yaradılan içməli su şəbəkəsi 2 nöqtədə əsas magistral xətlərə qoşulacaq. Bununla da relyef baxımından yüksəklikdə yerləşən yaşayış evlərini də dayanıqlı şəkildə içməli  su ilə təmin etmək mümkün olacaq. Tikinti-quraşdırma işlərinin yay aylarında  başa çatdırılması nəzərdə tutulur.

 


Create Account



Log In Your Account