Aug 10 2020 18:01
Views: 352

Dünya Səhiyyə Təşkilatının elan etdiyi maska taxma həftəsi davam edir. Bu həftə ərzində insanlar maska taxaraq foto və videolarını sosial şəbəkədə “maskatax” həşteqi ilə paylaşır və estafeti tanışlarına ötürürlər. İnsanlar maska taxmaqla yalnız özlərini deyil, ətrafdakılarını da qoruyurlar.

Maska burunu, ağızı örtmək şərtilə taxılmalıdır. Mütəxəssislər hesab edirlər ki, maska koronavirusun cəmiyyətdə, insanlar arasında yayılmasının qarşısının alınmasında ən effektiv vasitədir. Maskadan bütün insanların istifadə etməsi virusun yayılması riskini 2%-ə endirir. Buna görə, maskaların taxılması mütləqdir. Hətta parklarda, açıq havada yad insanlarla ünsiyyət zamanı da maska istifadə olunmalıdır.

İnzibati Xətalar Məcəlləsinə əsasən, karantin rejimində maska taxmaq tələbini pozmağa görə fiziki şəxslər üçün 100 manat, vəzifəli 200 manat, hüquqi şəxslər üçün cərimə isə 400 manat cərimə nəzərdə tutulur.

Dünya Səhiyyə Təşilatı hesab edir ki, yalnız maska taxmaqla COVID-19-dan qorunmaq mümkün deyil. Bunun üçün insanlar ara məsafəsi saxlamalı, kütləvi yığıncaqlardan uzaq olmalı, öskürəndə və asqıranda ağız və burunlarını tutmalı, əllərini təmiz saxlamalı, gigiyenik qaydalara əməl etməlidirlər.


Create Account



Log In Your Account