May 27 2020 18:36
Views: 550

Yaxın vaxtlarda sərnişinlərin ictimai nəqliyyata maskasız daxil olması qadağan ediləcək. Maskadan istifadə etməyən sərnişinlərin ictimai nəqliyyatdan, avtobuslardan istifadəsinə imkan verilməyəcək. Məhdudiyyətlər dayanacaqlara da şamil olunacaq.

Maskadan istifadəni təşviq etmək, eyni zamanda gözlənilən məhdudiyyətlər barədə xəbərdarlıq məqsədilə aksiyalar davam edir. Koronavirusun profilaktikasına dair tədbirlər çərçivəsində bu dəfə metronun 28 May stansiyasının ətrafında ictimai nəqliyyat və dayanacaqlarda maarifləndirmə aksiyası təşkil edilib.  Maskadan istifadə etməyən sərnişinlərə maskalar paylanılıb.

Sərnişinlər maskadan istifadənin zəruri olduğunu düşünür və ictimai nəqliyyatda maskasız olanlara çağırış edirlər.

COVID-19-un profilaktikasına dair göstərişlərə əsasən, sosial məsafənin qorunması, yaxın məsafələrə piyada gedilməsinə dair qaydalara əməl edilməsinə yönəlik xüsusi flayerlər hazırlanıb. Aksiya çərçivəsində bu flayerlər də paylanılıb. Bakı Nəqliyyat Agentliyi və Bakı Baş Polis İdarəsinin birgə təşkil etdiyi aksiya çərçivəsində ümumilikdə minədək maska paylanılıb.

 


Create Account



Log In Your Account