Jun 03 2020 18:00
Views: 219

Bu gündən ölkədə əhalinin sağlamlığının qorunması məqsədilə maskadan istifadə bir sıra yerlərdə məcburi xarakter daşıyır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri dövlət başçısı təsdiqləyib. Beləliklə, insanlar koronavirus infeksiyasından qorunmaq üçün

-  şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

-  bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində;

- dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

 - fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

 - açıq sahəli ofislərdə və istehsalat yerlərində;

 -  tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

 - ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;

 - insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda mütləq maskadan istifadə etməlidirlər.

 Əks halda onlar qanunvericiliyə uyğun olaraq cərimə oluna bilərlər. Cərimənin məbləği isə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün 200 manatdır. Pozuntu təkrar baş verərsə, cərimə ikiqat artacaq.


Create Account



Log In Your Account