Apr 07 2020 19:50
Views: 302

Sumqayıtda istehsala başlayan tibbi maskaların istehsalı zavodu daxili tələbatı tam olaraq ödəyəcək. Bunu müəssisəyə təşkil olunmuş media-tur çərçivəsində jurnalistlərə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. Onun sözlərinə görə, bu günədək bu məhsullar ölkəyə idxal olunurdusa, artın yerli istehsalın işə salınması idxaldan asılılığı aradan qaldıracaq. "Bakı Tekstil Fabriki"nin təsisçisi Səkinə Babayeva isə bildirib ki, müəssisədə istehsal olunan tibbi maskalar gələn həftədən etibarən satışa çıxarılacaq. Yaxın iki gün ərzində Azərbaycan istehsalı olan maskaların satış qiyməti açıqlanacaq. Qeyd edək ki, yeni müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla hər gün 120 min tibbi maska istehsal edilir. Yaxın vaxtlarda bu göstərici iki dəfəyədək artırılacaq. Millət vəkili Musa Qasımlı bildirir ki, bu açılışa sadəcə yeni bir müəssisənin qurulması kimi qiymət vermək məhdud yanaşma olardı. Belə bir vəziyyətdə açılışda przdentin və birinci xanımın iştirakı, orda verilən açıqlamalar böyük əhəmiyyət daşıyır. Millət vəkili qeyd edir ki, dövlət başçısının öz nitqində antiböhran tədbirləri üçün əlavə 1.5 milyard manat ayrılacağını açıqlaması, eləcə də sahibkarlara iş yerlərini ixtisar etməməyə dair çağırışı və tələbi hamının ürəyindən olub. Göründüyü kimi, dövlət və hökumət orqanlarımız özlərindən asılı olan bütün zəruri tədbirləri həyata keçirirlər. Belə şəraitdə vətəndaşlarımız məsuliyyətli, nizam-intizamlı olmalı, Nazirər Kabineti yanında Operativ Qərargahın bütün təlimatlarına tam riayət etməlidirlər ki, xəstəlik geniş vüsət almasın, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək.


Create Account



Log In Your Account