Mar 12 2018 16:00
Views: 416

Azərbaycan və Türkiyə arasındakı münasibətlər yalnız qonşuluq əlaqələri deyil. Bu münasibətlər daha çox qardaşlıq və dostluq, etibarlı tərəfdaşlıq prisniplərinə əsaslanır. Bunu Bakıda qonaq olan Türkiyə Böyük Millət Məclisinin üzvü Səlçuq Özdağ deyir. Onun sözlərinə görə, iki ölkənin hər bir sahədə əməkdaşlıq və partnoyrluğunu daha da böyütməsinə ehtiyac var. 
Türkiyənin millət vəkili Azərbaycanda güclü dövlətçilik ənənələrinin mövcud olduğunu, 100 il əvvəl əsası qoyulan demokratik respublikanın indiki müasir Azərbaycanın layiqli varisi olduğunu hesab edir. Millət vəkili inanır ki, Azərbaycan qazandığı nailiyyətləri daha da artıracaq və bu zaman Türkiyə hər zaman ona dəstək olacaq. 
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Məclisin 100 illiyi münasibətilə Bakıda keçiriləcək tədbirlərdə Türkiyə Böyük Millət  Məclisinin böyük nümayəndə heyəti iştirak edəcək. Həmçinin, parlametin 100 illiyinə həsr olunmuş xüsusi iclasda da türkiyəli deputatların iştirakı gözlənilir.


Create Account



Log In Your Account