May 02 2018 14:17
Views: 399

British Council və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə 4-cü Britaniya kinosu festivalı başlayıb. Bu il “Britaniya filmləri baharı” adı altında keçirilən tədbir çərçivəsində tamaşaçılar ingilis kinosunun müxtəlif janrlarda çəkilmiş nümunələrini izləyə biləcəklər. təqdim olunan filmlər arasında beynəlxalq festivalların laureatı olmuş məşhur ekran işləri də var. Bu festival Britaniya-Azərbaycan mədəniyyət əlaqələrinin daha da güclənməsi, ölkələrin bir-birini daha yaxından tanıması məqsədi daşıyır.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts isə çıxışında Azərbaycan prezidenti İlham ƏLiyevin İngiltərəyə səfərini xatırladaraq ölkələr arasında möhkəm iqtisadi əlaqələrin olduğunu qeyd etdi. Bu əlaqələrin daha da genişləndiyini vurğulayan diplomar rəsmi London və Bakının mədəniyyət əlaqələrinə də böyük önəm verdiyini bildirdi. Bunu artıq ənənəyə çevrilmiş film festvalı da sübut edir.
Bakı tamaşaçılarına təqdim olunan filmlər ingilis dilində, amma rus yaxud azərbaycan dilində subtitrlərlə nümayiş etdirilir. “Britaniya filmləri baharı” mayın 6-na qədər davam edəcək. bir neçə gün sonra, mayın 15-dən 17-nə qədər isə Britiş Kanslın təşkilatçılığı ikigünlük seminar keçiriləcək. Seminar Azərbaycanda mədəniyyət obyektlərinin daha inklüziv və hər kəs üçün əlçatan olmasına həsr olunacaq.


Create Account



Log In Your Account