Apr 22 2020 18:47
Views: 262

Azərbaycanda koronavirusa yoluxanların sayında azalma davam edəcək. Bir qrup Azərbaycan aliminin apardığı təhlillər belə deməyə əsas verir. Ölkə ərazisində COVİD-19 virusunun yayılma dinamikasının zamandan asılılığının müəyyən edilməsi ilə bağlı tədqiqat aparan elm adamları hesab edirlər ki, mayın əvvəlində virusa yoluxma sayının göstəricisi birrəqəmli ola bilər. Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev deyir ki, tədqiqat zamanı ehtimal nəzəriyyəsi və riyazi statistika, riyazi modelləşdirmənin müasir metodları, eləcə də riyazi model vasitəsilə reqresiya analizdən istifadə olunub.
Alınmış nəticələr ölkədə tətbiq olunan karantin rejiminin öz müsbət təsirini göstərdiyini sübut edib. Tədqiqat nəticəsində müəyyən edilib ki, karantin rejimi tətbiq olunmadığı halda, koronavirusa yoluxanların sayı kəskin şəkildə artmaqda davam edə bilərdi. Qurulmuş riyazi modelə və həmçinin real statistikaya əsasən, karantin rejimi çərçivəsində koronavirusa yoluxanların sayının azalma tendensiyasına keçdiyi təsdiq edilib.
Martın 28-dən aprelin 19-dək aparılan analizlər də göstərir ki, aprelin 12-dən etibarən Azərbaycanda koronavirusa yoluxma hallarında azalma müşahidə olunur. Azalmaya səbəb ölkədə tətbiq edilən xüsusi karantin rejimidir.

 


Create Account



Log In Your Account