Feb 27 2019 17:59
Views: 344

Bütün məcburi köçkünlər dövltə başçısının onlara veirlən aylıq müavinəti artırması xəbərini böyük sevinclə qarşılayıb. “Qobu Park” yaşayış kompleksində məskunlaşmış Ağdamdan olan məcburi köçkün Ədibə Ələsgərova da onlardan biridir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncamı sosial vəziyyətlərinin yaxşılaşmasına müsbət təsir göstərəcək.

Ədilə xanımın ailəsi 6 nəfərdən ibarətdir. Deyir ki, əvvəl adambaşına 40 manat müavinət alırdılarsa, indi bu məbləğ 60 manat təşkil edəcək.

Əslən Şuşadan olan sonralar Ağdama köçən Raisə Səfərova təqaüdçüdür. 5 nəfərdən ibarət ailə üzvü ilə birgə “Qobu Park”da məskunlaşıb. Deyir ki, ölkə prezidenti məcburi köçkünlərə hər zaman böyük diqqət və qayğı göstərir. Yeni sərəncam isə onların sevincini daha da artırıb.

Qeyd edək ki, yeni sərəncam bu il aprelin 1-dən qüvvəyə minəcək.


Create Account



Log In Your Account