Oct 10 2019 20:05
Views: 192

“Fərdi evlərdə yaşayan məcburi köçkünlərin köçürülməsi məsələsi yaxın vaxtlarda öz həllini tapacaq”. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib. Bildirib ki, bu gün ən ağrılı problemlərdən biri köçürülmə ilə bağlıdır və komitədə bununla əlaqədar komissiya yaradılıb. Bu ilin sonunadək 3700-dən çox mənzil tikilərək məcburi köçkünlərin istifadəsinə veriləcək. Məcburi köçkünlər üçün tikilən bəzi qəsəbələr hazırdır, bəziləri isə tamamlanmaq üzrədir.
Bu günlərdə açılışı olan “Qobu Park-2”  yaşayış massivində 1300 ailəlik mənzil inşa edilib. Komitə sədri deyir ki, mənzillər təmirli və keyfiyyətlidir. Köçürülmə zamanı daha çox yataqxana, pansionat, məktəb, bağça, zirzəmilərdə qalanlara üstünlük verilir. Artıq zirzəmilərdə yaşayan 300-ə yaxın ailə mənzillərlə təmin olunub.
Bu gün Azərbaycanda 700 minə qədər məcburi köçkün var. Bakıda ailə sayına görə ən çox məcburi köçkün Binəqədi rayonunda yaşayır. Komitə sədri onların hər birinin problemlərini həll etməyə çalışdıqlarını söyləyib.


Create Account



Log In Your Account