Jul 17 2019 16:19
Views: 329

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Biləsuvar rayonu ərazisində Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşdığı 5 qəsəbənin su təchizatının yaxşılaşdırılması layihəsinin icrasını yekunlaşdırmaq üzrədir. 14,5 km uzunluğunda magistral kəmərin inşası ilə burada yaşayan 7 mindən çox məcburi köçkünün dayanıqlı içməli su təchizatı təmin olunacaq.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Biləsuvarda Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması layihəsini icra edir. Layihə çərçivəsində 7-11-ci qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə su mənbəyindən 400 mm diametrli polietilen borularla magistral su kəməri çəkilir.

Qəsəbə sakinləri hesab edirlər ki, yeni magistral kəmərin istifadəyə verilməsi ilə su təminatının daha da yaxşılaşacaq.

4600-dək ailənin yaşadığı 11 qəsəbədən ibarət Cəbrayıl məcburi köçkün şəhərciyində içməli su layihəsi mərhələlərlə həyata keçirilir.


Create Account



Log In Your Account