Jan 23 2019 17:56
Views: 488

Qaradağ rayonu məşkunlaşan məcburi köçkünlər və qaçqınlar üçün “Ümid” qəsəbəsində tikilən binalarda mənzillərin püşkatma mərasimi keçirilib. Qəsəbənin gələcək sakinlərinə mənzillərin orderləri təqdim olunub. Qeyd olunub ki, ev alanlar ümumilikdə Qaradağ rayonunda 9 yataqxana və yaşayış obyektində məskunlaşanlardır.

“Bu gün də Qaradağ rayonu ərazisində tikilən 300 ailəlik binada yeni evlərin orderləri təqdim olundu. Müxtəlif yataqxana və yaşayış yerlərində qəzalı vəziyyətdə yaşayan məcburi köçkünlərin vəziyyəti komitədə fəaliyyət göstərən komissiya tərəfindən araşdırılıb. İndi bu insanlar qəzalı binalardan köçürülür”.

Püşkatma növbəlilik əsasında həyata keçirilib. Mənzillə təmin olunanlar bunu dövlətin qayğısı və diqqəti kimi qiymətləndirib.

Qeyd edək ki, “Umid qəsəbəsi”nin əsası qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə qoyulub.  Ümumilikdə 10 hektar sahəni əhatə edən bu qəsəbədə qaçqın və məcburi köçkünlə üçün inşa edilən binalar elektrik, qaz, su və müasir istilik sistemi ilə tam təchiz edilib.


Create Account



Log In Your Account