Apr 19 2019 15:15
Views: 1093

SOCAR AQŞ “Ümid” yatağının 16 nömrəli kəşfiyyat quyusunda qazma işlərini təhlükəsiz və keyfiyyətlə başa vurub. Bu isə adıçəkilən yataqda yeni bir dövrün başlanmasına təkan verir. Bu barədə CBC-nin Xəbərlər buraxılışının qonağı olan SOCAR AQŞ-nin Baş direktorunun əməliyyatlar üzrə müavini Eldar Yaradanquliyev məlumat verib.

Qeyd olunub ki, artıq quyudan hasilat başlayıb. 16 nömrəli quyu Xəzərin Azərbaycan sektorunda qazılmış ən keyfiyyətli quyulardan biridir. Kəmərlərin layihə dərinliyinə çatdırılması, kəmərlərarxası təzyiqin olmaması və sementləmə işlərinin mükəmməl aparılması deməyə əsas verir ki, 16 nömrəli quyu ‘’Ümid’’ yatağının tarixində yeni səhifə açıb.

Qeyd edək ki, 2017-ci ilin dekabrında SOCAR AQŞ “Ümid” 1 Saylı dəniz stasionar özüldən faktiki dərinliyi 6352 m olan 14 nömrəli istismar quyusunu sifarişçi tərəfindən təyin olunmuş texnoloji parametrlər üzrə tam dəqiqliklə qazaraq uğurla təhvil verib.

 


Create Account



Log In Your Account