Oct 25 2019 18:42
Views: 265

Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib. İclasda Azərbaycanın Baş Naziri Əli Əsədov iştirak edib. “Skolkovo” Texnoparkında keçirilən iclasda MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin aktual məsələlərini müzakirə ediblər.  əvvəlcə məhdud tərkibdə, daha sonra isə geniş formatda toplantılar keçirilib. Görüş iştirakçıları cəmiyyətin rəqəmsal inkişafı sahəsində əməkdaşlıq konsepsiyasını və onun həyata keçirilməsinə dair əsas tədbirlər planını qəbul ediblər. Konsepsiya və plan MDB dövlərlərində iqtisadiyyatın rəqabətqabiliyyətliyinin, ölkələrin iqtisadi inkişafının, əhalinin rifah halının və həyat keyfiyyətinin artırlmasında başlıca rol oynayan rəqəmsal inkişaf üçün lazımi şəraitin yaradılmasına imkan verəcək. İclasda MDB ölkələrinin İnformasiya Təhlükəsizliyinin təmin edilməsi Strategiyası haqqında qərar da qəbul edilib. Strategiya siyasi, iqtisadi, elmi-texniki, sosial, hərbi, ekoloji sahələrdə mövcud təhdidlər şəraitində MDB ölkələrinin informasiya təhlükəsizliyi istiqamətində əməkdaşlığın səmərəliliyinin artırılmasına, səylərin birləşdirilməsinə yönəldilib.  Hökumət başçıları bu il şuraya sədrlik edən Türkmənistanın fəaliyyətini yüksək qiymətləndiriblər. iclasda iqtisadi, xüsusilə nəqliyyat sahəsində əməkdaşlıqla bağlı təkliflər səslənib.

Sergey Lebedev bildirib ki, hökumət başçıları çox açıq və səmimi müzakirələr aparıblar. MDB hökumət başçıları MDB antiinhisar orqanlarının fəaliyyətinin əsas istiqamətləri, 2019-2024-cü illərdə radionaviqasiyanın inkişafı, 1979-1989-cu illər Əfqanıstan müharibəsində itkin düşmüş hərbçilərin axtarışı, MDB ölkələrinin Oyunları və bir çox digər saziş və qərarlar imzalayıblar. Toplantı çərçivəsində Azərbaycanın baş naziri Əli Əsədovun rusiyalı həmkarı Dmitri Medvedyev arasında görüş də baş tutub. Dmitri Medvedev Əli Əsədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətilə təbrik edib. Bildirib ki, "Azərbaycan həmişə Rusiya tərəfinin dəstək və köməyinə ümid bəsləyə bilər. Görüşdə  Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artdığı qeyd olunub. Qeyd edək ki, MDB hökumət başçılarının növbəti toplantısının gələn ilin mayında Daşkənddə keçirilməsi qərara alınıb.   


Create Account



Log In Your Account