Nov 14 2019 18:36
Views: 112

Bakıda MDB İştirakçı Dövlətlərinin Gənclərlə İş Üzrə Şurasının iclası keçirilib. Tədbirdə Rusiya, Belurus, Özbəkistan, Tacikistan və başqa MDB ölkələrindən nümayəndələr iştirak edir. Gənclər və İdman naziri Azad Rəhimov MDB İştirakçı Dövlətlərinin Gənclərlə İş Üzrə Şurasının iclasının Bakıda artıq dördüncü dəfə keçirildiyini qeyd edib. Nazir Azərbaycan prezidenti İlham Əliyevin dəstəyi nəticəsində gənclərin inkişafı üçün hərtərəfli şəraitin yaradıldığını vurğulayıb. Qeyd edib ki,  Azərbaycanda gənclər siyasəti üçün geniş hüquqi baza yaradılıb. Bundan başqa, Azərbaycan gənclərinin inkişafı ilə bağlı 2017-2021-ci illər üçün üçüncü Dövlət Proqramı reallaşır. 2013-cü ildən gənclər üçün təsis olunmuş Prezident mükafatı var. 2019-cu ildə milli gənclər siyasəti baxımından bir çox işlər görülüb, "Yüksəliş" layihəsi hazırlanıb. 


Create Account



Log In Your Account