Dec 26 2018 15:03
Views: 331

Mədəniyyət Nazirliyi 2018-ci ilin yekunlarını müzakirə edib. İlin yekunları sırasında Naxçıvanın islam mədəniyyəti paytaxtı seçilməsi çərçivəsində görülən mühüm işlər yüksək qiymətləndirilib. Bildirilib ki, bu il nazirlik üçün təşkilatı baxımından da yeniliklərlə zəngin olub. 

2018-ci ildə Mədəniyyət Nazirliyinin regional idarələrində Avropa İttifaqı tərəfindən hazırlann tvininq proqramları tətbiq olunub. Azərbaycan mədəniyyətinin idarəetmə sistemi təkmilləşdirilib. Geridə qalan il bir çox beynəlxalq tədbirlərin ölkəmizdə uğurla keçirilməsi ilə də əlamətdar olub. Azərbaycanın mədəni sərvətlərinin dünya tribunalarından müdafiəsinə və bizə məxsus olmasının sübutuna nail olunub. Mədəniyyət naziri Əbülfəs Qarayev 2019-cu ilin planlarını da açıqlayıb.


Create Account



Log In Your Account