Mar 05 2019 18:41
Views: 241

Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə son görüşündə səsləndirdiyi fikirlər mədəniyyət sahəsində islahatları sistemli şəkildə görmək istədiyinin bariz nümunəsi idi".Bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib. Mədəniyyət sahəsində son illərdə  islahatların davam etdiyini bildirən nazir qeyd edib ki, məqsəd kiminsə işdən çıxarılması, iş yerlərinin sayının azaldılması deyil.

Kinomatoqrafiya haqqında yeni qanunun hazırlandığını bildirən Əbülfəs Qarayev bildirib ki, bu sənəd kino sahəsində sistemli işlərin görülməsinə təkan verəcək və sistemin  idarə olunmasını asanlaşdıracaq. İslahatlar bundan sonra da davam etdiriləcəyini deyən nazir ötən gün prezident İlham Əliyevin Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzaladığını bildirib.

 


Create Account



Log In Your Account