May 10 2018 18:36
Views: 910

Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanda mədəniyyətin inkişafındakı xidmətlərinə görə təltif olunan mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub. Mədəniyyət naziri Əbülfəs Qarayev incəsənət xadimlərinə göstərilən qayğıdan danışıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti prezident İlham Əliyev uğurla davam etdirir. Mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı, bu sahəyə aid dövlət proqramlarının qəbulu, qanunvericiliyin təkmilləşdirilməsi də bu diqqətin bariz nümunəsidir.
Təltif olunanlar incəsənət xadimləri fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Bu mükafatların 10 may milli lider Heydər Əliyevin doğum günündə təqdim edilməsi isə ikiqat əlamətdardır.
Nazir Əbülfəs Qarayev bildirib ki, mədəniyyət işçiləri bundan sonra da Azərbaycanın təbliğində, dünyada tanınmasında fəaliyyətilərini davam etdirəcək. Onların xidmətləri bundan sonra da yüksək qiymətləndiriləcək.


Create Account



Log In Your Account