Apr 12 2019 18:18
Views: 790

“Bu yaz özün bir təbiət yarat” devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara 70 mindən çox ağac tingi paylanılıb. Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında məlumat verilib. Bildirilib ki, ağac tinglərinin paylanması ölkəmizdə yaşıllıqların sayının artırılması, süni meşələrin salınması üçün yaxşı stimuldur. Qeyd edilib ki, Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı ağacəkmə aksiyaları da davam etdirilir. Bu günədək aksiya çərçivəsində meşə və qeyri-meşə fondu torpaqlarında 60 mindən çox müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac əkilib. Tədbirdə meşə fondu torpaqlarının açıq sahələrinin aqrobağların salınması məqsədilə icarəyə verilməsi barədə də məlumat verilib. Bildirilib ki, bu, meşə örtüyünün artması ilə yanaşı, yeni iş yerlərinin açılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və ərzaq təhlükəsizliyinə töhfə verəcək. Qeyd edib ki, sahibkarlar, fiziki və hüquqi şəxslər görüləcək işlərin plan-layihəsini nazirliyə təqdim etməklə meşə fondunun açıq sahələrini icarəyə götürə bilər.


Create Account



Log In Your Account